Baş məşqçisiz qaldı - Super Liqanın bu klubu

11 Yanvar 2021 12:00 Türkiyə 490
Baş məşqçisiz qaldı - Super Liqanın bu klubu

“Göztəpə”nin baş məşqçisi İlhan Palut istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Super Liqanın 18-ci turu çərçivəsində doğma meydanda “Antalyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra Palut istefa qərarını rəhbərliyin diqqətinə çatdırıb.

Müzakirələrdən sonra klub bu istefanı qəbul edib. İlhan Paluta və köməkçilərinə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

İlhan Palut təxminən bir il idi İzmir klubuna rəhbərlik edirdi.

“Göztəpə” Super Liqanın cari mövsümündə 18 tur ərzində 19 xal toplayıb və 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu