“Beşiktaş” mövsümün “TRANSFER BOMBASI“nı partlatmaq istəyir

8 Yanvar 2021 15:40 Türkiyə 1 191
“Beşiktaş” mövsümün “TRANSFER BOMBASI“nı partlatmaq istəyir

“Beşiktaş” xorvatiyalı hücumçu Mario Mancukiçlə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “qara qartallar”ın baş məşqçisi Sərgən Yalçın yerli mətbuata açıqlamasında deyib.

Yalçın Mancukiçlə maraqlandıqlarını və şərtlər uyğun olarsa, hücumçunu heyətlərinə qatmaq istədiklərini bildirib.

Xorvatiyada “Dinamo” (Zaqreb), Almaniyada “Volfsburq”, “Bavariya”, İtaliyada “Yuventus”, İspaniyada isə “Atletiko”nun formasını geyinən Mancukiç son olaraq Qətərin “Əl Duhail” klubunun şərəfini qoruyub. 34 yaşlı hücumçu hazırda azad agentdir.

Digər Xəbərlər
Xəbər Lenti