Azərbaycanlı dizayner dünyaca məşhur futbol ulduzu ilə – FOTO

2 Noyabr 15:10 Top Maqazin 738
Azərbaycanlı dizayner dünyaca məşhur futbol ulduzu ilə – FOTO

Azərbaycanlı dizayner Diana Əhədpur dünyaca məşhur futbol ulduzu Radomel Falkao ilə bir araya gəlib.

Sportinfo.az xəbər verir ki, o, öz instaqram hesabında «Qalatasaray»ın kolumbiyalı hücumçusu və onun həyat yoldaşı ilə birgə çəkdirdiyi fotonu paylaşıb.

Foto Bodrumda istirahət mərkəzlərinin birində çəkilib.

Diana Əhədpur fotonu “Mənim yeni latın amerikalı bacım və qardaşım” başlığı altında paylaşıb.

Diana Əhədpur əvvəllər model işləyib, 2017-ci ildən öz geyim brendini yaradıb. Onun geyimləri dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda bir çox moda həftələrində nümayiş etdirilib.

Xəbər Lenti