Futbol adamı Hadrutda “o maşın xəyalım olub” deyən hərbçinin arzusunu reallaşdırdı - VİDEO

24 Oktyabr 14:08 Top Maqazin 1 338
Futbol adamı Hadrutda “o maşın xəyalım olub” deyən hərbçinin arzusunu reallaşdırdı - VİDEO

Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut (Ağoğlan) qəsəbəsini işğaldan azad etdikdən sonra əsgərlər yaşayış məntəqəsinə daxil olarkən, bir əsgərin "Sən Allah, o "Mercedes"ə bax, ikiqapılı, xəyalım olub mənim" deyən hərbçimizin arzusu reallaşıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi əsgər qayıtdıqdan sonra ona "Mercedes" hədiyyə edəcəyini açıqlayıb:

“Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı "Mersedes" markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq.

Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salamat evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028 də Xocavəndin avtomobil seriyasıdır” (qafqqzinfo).


Xəbər Lenti
24 Noyabr 14:40 Ağayev Yunanıstanda
24 Noyabr 10:40 "Qarabağ"ın yeni planı