Millimizin futbolçusu xanımını o ki var təriflədi!

21 Oktyabr 12:16 Top Maqazin 306
Millimizin futbolçusu xanımını o ki var təriflədi!

"1996-cı ildə evləndim, həyat yoldaşım futbolu sevir".

Sportinfo.az xəbər verir ki, bu sözləri yığmamızın sabiq hücumçusu Badri Kvaratsxeliya deyib.

Millimizdə 3 oyun keçirən, həmçinin uzun illər "Kəpəz" və "Şəmkir"in formasını geyinən veteran hücumçu bildirib ki, övladlarının futbolla məşğul olmasında xanımı Maka Lukava xüsusi rol oynayıb:

"Onun futbola sevgisi sayəsində uşaqlarımız bu sahəyə yönəldilər. Böyük oğlum Nikanın 23 yaşı var. Gürcüstanın aşağı yaş qrupu üzrə klublarında oynasa da, səhhəti ilə bağlı 19 yaşında futbolu atdı və təhsilə yönəldi.

Ortancıl oğlum Xviça isə 19 yaşındadır. Mən onun üçün həm ata, həm dost, həm də məsləhətçiyəm. Hərdən ona məsləhətlər versəm də, bunu yumşaq formada edirəm.

Xviça futbolla yaşayır. Bu, onun üçün təkcə sənət deyil, həmçinin həyat tərzidir. Onun ən böyük fanatı kiçik oğlum Tornikedir. Cəmi 10 yaşı var, Tbilisinin "Avaz" klubunda çıxış edir. Hələlik oyunundan razıyam".

Xəbər Lenti
24 Noyabr 14:40 Ağayev Yunanıstanda
24 Noyabr 10:40 "Qarabağ"ın yeni planı