Premyer Liqa klubunun futbolçusu onu təcavüzdə ittiham edən qızla evlənir

20 Mart 01:10 Top Maqazin 695
Premyer Liqa klubunun futbolçusu onu təcavüzdə ittiham edən qızla evlənir

“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud onu təcavüzdə ittiham edən Herriet Robsonla evlənməyə hazılaşır.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı oyunçu bu barədə ailəsinə bildirib. Uşaq gözləyən cütlüyü bu günlərdə Londonda görüblər.

Keçən ilin yanvarında Robson sosial şəbəkələrdə bir neçə foto paylaşaraq zorlamaya məruz qaldığını açıqlamışdı.

Bundan sonra Qrinvud həbs edilmişdi. Bu ilin fevralında onun üzərindən bütün ittihamlar götürülüb.

“Mançester Yunayted” klubdaxili araşdırmalar yekunlaşana qədər futbolçunu komandadan uzaqlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti