
"Tottenhem"in yeni kapitanı Son Hın-Minin şəxsi həyatı, demək olar, yoxdur.
Bunun səbəbi barədə mətbuatda məlumat yayılıb.
Bildirlir ki, atası onun şəxsi həyatına müdaxilə edir və bəzi qadağalar qoyur.
Premyer Liqa ulduzunun atası Son Vun-Junqun özü də futbolçu olub. O, şəxsi həyatın peşəkar karyeraya mane olduğunu düşünür. Buna görə övladından gündə dörd saatlıq məşq etməsini tələb edir.
"Tottenhem"in liderinə atası tərəfindən qoyulan qadağa isə evlilik barədədədir. Hazırda 31 yaşı olan Son karyerasını bitirinə qədər bu barədə fikirləşə bilməz. Vun-Junq Sonun futbol oynadığı müddətdə qızlarla görüşməsini, onlarla vaxt keçirməsini və yaxınlıq etməsini də istəmir. Buna da qismən nail olub.
Mətbuatda yazılanlara inansaq, Son 2015-ci ilin noyabrında koreyalı ulduzlar Bang Min Ah və Yoo So Yeon ilə görüşüb. Ancaq futbolçunun xanımlarla macərası çox qısa çəkib. İddialara inansaq, atası oğlunun eşq münasibətləri yaşamasına mane olub.
Maraqlı məqam odur ki, So Yeon daha sonra açıqlama verərək futbol haqqında çox şey bilmədiyi üçün əvvəlcə kiminlə görüşdüyünü bilmədiyini açıqlayıb.
"The Guardian"a müsahibəsi zamanı Sondan atasının qərarlarına və evliliklə bağlı məsələyə şərh verməsi istənilib. O, atası ilə razılaşdığını bildirib:
"Razıyam, evlənəndə bir nömrə ailə, həyat yoldaşı və uşaqlar olur. Futbol sonrakı planda olacaq. Əmiəm ki, indiki halda futbol mənim üçün daha vacibdir.
Bu, ən yüksək səviyyədə oynamağıma kömək edir. Həyatımda dəyişiklik etməsəm, belə də davam edəcək.
Amma heç kim nə qədər yüksək səviyyədə oynaya biləcəyinizi bilmir. 33 və ya 34 yaşında təqaüdə çıxa bilərəm. Ondan sonra ailəmlə rahatlıqla uzun ömür yaşaya bilərəm".
Ümumiyyətlə Son Hın-Min futbol dünyasında xarakteri, peşəkarlığı və davranışı ilə seçilən futbolçulardan biridir. O, nə qədər məhşur olsa da, sadəliyini və təvazökarlığını itirmir. Buna görə də ən çox sevilən futbolçulardan biridir.
Heybət