
"Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, "Venesiya" kinofestivalının qala gecəsinə qatılan kolumbiyalı model çətin anlar yaşayıb.
Tədbirə qırmızı rəngli uzun, dərin sinə dekolteli libasda qatılan Corcinanın paltarının ətəyi ayaqlarına dolaşıb. Bu vəziyyətdən çıxmağa çalışan Corcina əyildiyi zaman sinəsi açılmaq üzrə olub.
Cəld tərpənən model medianın diqqətindən yayınmaq ehtimalı olmayan və qalmaqala səbəb ola biləcək hadisənin qarşısını alıb. Buna rəğmən fotoqraflar Rodrigezin bütün hərəkətlərini anbaan çəkməyə nail olublar.
Fotolar sosial şəbəkədə yayıldıqdan sonra geniş müzakirəyə səbəb olub.