
Dünyanın nüfuzlu qadın tennisçilərindən biri olan Viktoriya Azarenka növbəti dəfə diqqət mərkəzinə düşüb.
Belaruslu raketka ustası Fransanın açıq çempionatı hesab edilən nüfuzlu "Rolan Garros" turniri öncəsi PSJ-nin futbolçusu Kilian Mbappenin forması ilə görüntülənib.
O, kortdakı məşqə məhz fransalı futbolçunun idman geyimi ilə çıxıb.
Bu, təsadüf deyil. Azarenka uzun illərdir futbol azarkeşidir. O, dəfələrlə Kilian Mbappeyə heyran olduğunu bildirib.
Viktoriya Avstraliya açıq çempionatında və "Indiana Uells"də PSJ forması ilə görüntülənib. O, oyundan öncə və məşqlər zamanı Paris təmsilçisinin formasını geyinir.
Heybət