Məşhur müğənni yeni sevgilisinə görə bu matçı izləməyə gəlib? - VİDEO

25 May 02:20 Top Maqazin 518
Məşhur müğənni yeni sevgilisinə görə bu matçı izləməyə gəlib? - VİDEO

NBA-də Şərq Konfransının final seriyası çərçivəsində "Boston Seltik" və "Mayami Hits" arasında dördüncü oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, böyük marağa səbəb olan qarşılaşmanı izləyənlər arasında Jerar Pikenin keçmiş sevgilisi Şakira da olub.

O, övladları ilə birlikdə qarşılaşmanı arenadan izləyib.

ABŞ mediasının iddiasına görə, kolumbiyalı müğənni "Mayami"də çıxış edən basketbolçulardan biri ilə münasibətdədir. Ona görə də qarşılaşmanı canlı izləmək qərarına gəlib.

Şakiranın adı bir müddət əvvəl aktyor Tom Kruz və "Formula 1" pilotu Lyuis Hemiltonla birlikdə hallanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 May 00:10 5 Azərbaycan rekordu!