
"Arsenal"ın kapitanı Qranit Cakanın həyat yoldaşı Leonita Lekay bu yay Almaniyaya qayıtmaqda qərarlıdır.
Bu barədə "Kicker" nəşri məlumat yayıb.
"Bayer Leverkuzen"in Xaka ilə müqavilə imzalamaq istədiyi barədə informasiyalar var.
30 yaşlı yarımmüdafiəçinin "topçular"la müqaviləsi yayda başa çatacaq. Baş məşqçi Mikel Artetanın onun komandadan ayrılmasına mane olmayacağı bildirilir.
Maraqlıdır ki, Caka həyat yoldaşı ilə Almaniyada, Münhenqladbax "Borussiya"sında oynayarkən tanış olub.
Bir il sonra futbolçu və sevgilisi Londona köçüb. Cütlük 2017-ci ildə evləniblər. Bundan sonra sonra İsveçrə millisinin üzvü bu məşhur ifadənin müəllifi oldu: “Qızıl top” möcüzədir, qızıl arvad isə cənnət".
Leonita 1992-ci ilin martın 31-də Albaniyada anadan olub. O, Qranitlə eyni yaşdadır. Leonitanın doğulmasından bir neçə il sonra ailəsi Almaniyaya köçüb. Lekayın uşaqlığı və gəncliyi Rur bölgəsində keçib.
Caka iki qız atasıdır. 2019-cu ildə Ayana, iki il sonra isə Laneya anadan olub. "İndi mənim bir yox, iki şahzadəm var", - deyə futbolçu bildirir.
Leonita standart futbolçu xanımıdır. O, modeldir. At sürməyi də sevir. Bu hobbi futbolçuların həyat yoldaşları arasında getdikcə populyarlaşır.
Heybət