Məşhur futbolçunun sevgilisi bu rəqsi ilə hər kəsin ağlını başından aldı - VİDEO

17 May 02:00 Top Maqazin 8 172
Məşhur futbolçunun sevgilisi bu rəqsi ilə hər kəsin ağlını başından aldı - VİDEO

Sportinfo.az xəbər verir ki, Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges bu dəfə rəqsi ilə gündəmə gəlib.

Rodriges də Səudiyyə Ərəbistanında "Əl-Nəssr"in formasını geyinən həyat yoldaşı kimi fitnessə gedir, məşqlər edir.

Argentina əsilli xanım Ronaldonun ərəb klubu ilə müqavilə bağlamasından sonra Səudiyyə Ərəbistanına köçüb.

Məşqləri ilə gündəmə gələn portuqaliyalı ulduzun sevgilisi heç də ondan geri qalmır. Corcina fitnes proqramının bir hissəsi olaraq "twerk" rəqsi edib.

Rodriges həmin rəqsin görüntülərini "Instagram" hesabında paylaşıb.

Səudiyyə Ərəbistanında açıq-saçıq geyimlərlə və belə hərəkətlərlə bağlı məhdudiyyətlərin olduğunu nəzərə alsaq Corcinanın bu addımının ölkədə necə qarşılandığı maraq doğurur.

Mətbuatda yayılan son xəbərlərə görə, Kriştiano ilə Corcinanın münasibətlərində müəyyən "çatlar" yaranıb.

Lakin sosial şəbəkədə sevgilisi ilə dodaq-dodaq pozalarını paylaşan Ronaldo bu iddiaları təkzib edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər