"O, məşhur idi, mən isə fahişədən başqa bir şey deyildim"

24 Mart 17:00 Top Maqazin 10 331
"O, məşhur idi, mən isə fahişədən başqa bir şey deyildim"

"Barselona"nın keçmiş qapıçısı Jasper Silyessen şəxsi həyatı ilə gündəmə gəlib.

qolkiper abort etdirmək istəyən keçmiş sevgilisini fotolarını yayacağı ilə şantaj edib.

Bunu qapıçının keçmiş sevgilisi, ispaniyalı idman jurnalisti Maria Moran açıqlayıb.

Moran 2016-2019-cu illər arasında "Barselona"nın qapısını qorumuş, hazırda isə Niderland klubu NEC-də forma geyinən Silyessenin dediklərini etməyəcəyi təqdirdə onun şəxsi fotolarını mətbuata sızdıracağı ilə hədələdiyini bildirib.

Qapıçının bunu iddia etməsinin səbəbi odur ki, Moranın 2021-ci ildə qız uşağı dünyaya gətirib. Uşağın atasının isə Silyessen olduğu üzə çıxıb. AS-ın mlumatına görə, bu ilin əvvəlində ailəsi onları tərk edən qapıçını məhkəməyə verib.

Silyessenin keçmiş sevgilisi Niderland mətbuatına açıqlamasında bildirib ki, demək olar hər gün şantaj edilir:

"O, hətta hamilə olduğum müddətdə məni bir neçə dəfə hədələdi və şantaj etdi. Məni çox qorxutdu.

Əgər uşağı tələf etməsəm, məni şəxsi foto və videolarımı mətbuata sızdıracağı ilə hədələdi. Demək olar ki, hər gün şantaj edirdi.

Mənə də mətbuata danışmağa icazə verilmədi. O adamın həyatı ilə maraqlanmıram. Ancaq qızımla maraqlanıram, onu yedizdirməliyəm.

Qızı tənəffüs problemi ilə xəstəxanada olarkən belə heç vecinə almayan kişi hörmətə layiq deyil. Qızının çox xəstə olduğunu, xəstəxanada olduğunu bilirdi, amma onu düşünmədi".

Moran həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günündə "Instagram"da qızına yazdığı mesajda özünü fahişə kimi hiss etdiyini bildirib:

"Həyat gözəl səyahətdir, amma qadın olmaq da çətindir. Təəssüf ki, qızım, pulla hər şeyi satın ala biləcəyini düşünən güclü kişilərə qarşı müharibədə "qazanmaq" üçün anan susmalı oldu.

Anan sizin həyatınızla bağlı qərar vermək hüququna malik olduqlarını düşünən "insanların" çox təhdidlərinə dözdü.

İki il ərzində məni susdurmağa çalışan və özümü pis hiss etdirən insanların çoxlu təhqirlərinə dözdüm.

Özünü zibil parçası kimi hiss etmək məcburiyyətində qaldım. Onlar qarnımda körpə daşıyanda utanmağımı istəyirdilər.

Çünki o, məşhur idi, mən isə fahişədən başqa bir şey deyildim. İşimi, səni itirməkdən qorxduğum üçün susmalı oldum. Təəssüf, bu ölkədə də belə təhdidlərə rast gəlinir”.

Digər Xəbərlər
Xəbər Lenti