Sosial şəbəkələrdə ehtiraslı FOTOLARı yayılan model bu futbolçunun qızı imiş...

23 Mart 23:00 Top Maqazin 8 662
Sosial şəbəkələrdə ehtiraslı FOTOLARı yayılan model bu futbolçunun qızı imiş...

Braziliyalı Romarionu, yəqin ki, xatırlayırsız.

Əfsanəvi hücumçu DÇ-1994-də cənubi amerikalıların heyətində dünya çempionu oldu və turnirin ən yaxşı futbolçusu seçildi.

Onun mundialda vurduğu qollar Braziliya millisinə faydalı oldu. Romarionun yarımfinalda – İsveç millisinin qapısına vurduğu qol “sambaçılar”ı finala çıxardı. Hücumçu finalda da səhnəyə çıxdı.

O, İtaliya ilə oyunsonrası penaltilər seriyasında fəqlənməklə komandasının çempionluğunda pay sahibi oldu. Növbəti və sonuncu çempionluğu braziliyalılar 24 il gözləməli olublar.

2009-cu ildə futbolçu karyerasını başa vuran Romario hazırda Rio-de-Janeyro ştatından Braziliya federal senatorudur (Braziliya Sosialist Partiyasından olan yeddi senatordan biri).

Bəzi mənbələrdə onun yalnız bir oğlu olduğu qeyd olunub. 1993-cü ildə doğulan Romarinyo da futbolçu olub. Ancaq Braziliya əfsanəsinin daha bir övladı – qızı var. Söhbət 25 yaşlı Danielle Favattodan gedir.

O, sosial şəbəkələri – “Instagram” və “OnlyFans”ı fəth etməklə məşğuldur. Eyni zamanda, model kimi də Braziliyada xeyli populyardır.

Heybət

Digər Xəbərlər
Xəbər Lenti