Braziliyalı model - Məşhur futbolçunun sevgi mələyi: FOTOLAR

10 Mart 01:50 Top Maqazin 636
Braziliyalı model - Məşhur futbolçunun sevgi mələyi: FOTOLAR

Bugünlərdə “Liverpul” azarkeşləri kədərli xəbər aldılar - Roberto Firmino mövsümün sonunda klubu tərk edəcək.

Futbolçu karyerasında yeni mərhələyə başlamaq üçün 2015-ci ildən çıxış etdiyi komanda ilə müqaviləni yeniləməmək qərarına gəlib.

Bu işdə ona ən sevimli adamı kömək edəcək. Söhbət həyat yoldaşı Larissa Pereyradan gedir.

Larissa 1992-ci ildə anadan olub. O, Robertodan bir yaş kiçikdir. Larissa çimərlik geyimi markalarının reklamında ixtisaslaşan məşhur braziliyalı modeldir. “İnstaqram”da 536 mindən çox izləyicisi var.

Onlar 2013-cü ildə - Firmino "Hoffenhaym"da çıxış edərkən gecə klubunda tanış olublar və görüşməyə başlayıblar. 4 il sonra isə Braziliyada evləniblər. Cütlüyün üç qızı var - Valentina, Bella və Liz. Tezliklə Roberto və Larisanın dördüncü övladı olacaq.

Heybət

Digər Xəbərlər
Xəbər Lenti