Gözəlliyi ilə hər kəsi valeh edən dünyanın ən seksual idmançısı – VİDEO+FOTOLAR

7 Mart 03:00 Top Maqazin 2 474
Gözəlliyi ilə hər kəsi valeh edən dünyanın ən seksual idmançısı – VİDEO+FOTOLAR

Bir neçə il əvvəl Avstraliyanın “Busted Coverage” jurnalı alman atlet Alisye Şmiti dünyanın ən seksual idmançısı kimi təqdim edib.

Sportinfo.az xəbər verir ki, Alisin idmanda elə də nailiyyətləri yoxdur.

O, Avropa Gənclər Çempionatında 4x400 estafet yarışında gümüş, eləcə də böyüklərin Avropa çempionatında – estafetdə bürünc medal qazanıb.

Lakin bu, onun populyarlığına mane olmur. Almaniya çempionatında 400 metr məsafəyə qaçışının videosu "YouTube"da 2 milyondan çox baxış toplayıb. Baxmayaraq ki, yalnız ikinci olub.

İndi Alisyenin 24 yaşı var və o, dünyanın ən məşhur idmançılarından biri olaraq qalır. “İnstaqram”da 3,5 milyon izləyicisi var. Eyni zamanda, “Forbes” onu 30 yaşdan aşağı ən yaxşı 30 cəlbedici şəxsin siyahısına daxil edib. Şmitin əməkdaşlıq etdiyi şirkətlər arasında PUMA və “Hugo Boss” da var. Yeri gəlmişkən, o, bir müddət əvvəl Dortmund “Borussiyası”nın oyunçuları üçün atletik dərslər də keçib.

Digər Xəbərlər
Xəbər Lenti