“Mənə ərə gələrsən?” - Evlilik təklifi aldı

26 Yanvar 03:00 Top Maqazin 1 003
“Mənə ərə gələrsən?” - Evlilik təklifi aldı

Tennis üzrə Avstraliya açıq çempionatında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, dünyanın 5-ci raketkası Arina Sobolenko oyun zamanı evlilik təklifi alıb.

Hadisə 1/4 final zamanı baş verib. 25 yaşlı belaruslu Donna Vekiçlə qarşılaşma bitən kimi kortda müsahibə verib. Həmin an tribunadakı kişi “Arina, mənə gələrsən?” qışqırıb.

Özünü itirməyən Sobolenko təklifi cavabsız qoymayıb: “Gəl, bunu sonra müzakirə edək”.

Arina bu görüşdə 6:3, 6:2 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 02:50 Millidə növbəti itki