Futbolun porno “üzü”: Dəyərlərə sahib çıxanlar da var, pula görə...

23 Yanvar 23:20 Top Maqazin 927
Futbolun porno “üzü”: Dəyərlərə sahib çıxanlar da var, pula görə...

Modellərin, porno aktrisaların, ümumiyyətlə gözəl qızların peşəkar futbolla yolları daim kəsişib.

Söhbət təkcə onların oyunçularla yaxın münasibətindən getmir.

Sportinfo.az xəbər verir ki,Ronaldonun keçmiş sevgilisi, “Playboy” jurnalının ulduzu Daniella Çaves Çilidə futbol klubunun sahibidir.

Porno ulduz Emma Ceyn Evelin Londonun “Vest Hem” klubunun direktorlar surasının üzvüdür. Aktrisa Lena Nitro isə Almaniyanın “Obervürtsbax” klubunun titul sponsorudur.

Belə əməkdaşlıqlar əksər hallarda hər iki tərəf üçün faydalı olur. Həm qızlara, həm də klublara ictimai maraq artır. Onlar mediada daha çox müzakirə edilirlər.

Belə əməkdaşlıqlar daimi olmasa da, müvəqqəti populyarlıq və daha çox pul qazanmağa imkan verir. Ancaq porno sahəsi ilə peşəkar idmanın birləşməsi arzuolunan deyil.

Bir çox hallarda klublar və idman təşkilatları mənəvi dəyərləri maddiyatdan üstün tutmağı bacarırlar. Bu hadisə ilə alman erotik model Cessi Banni üzləşib.

21 yaşlı model çılpaq fotolarının satışından pul qazanır. Hətta o, sahəsi üzrə bəzi titular da qazanıb. Sual verə bilərsiniz ki, bəs onun futbolla nə əlaqəsi var?

Banni ikinci Bundesliqada çıxış edən “Nürnberq”in qadın komandasına sponsorluq etmək istəyib.

Futbola böyük marağı olan modelin bu klubla əməkdaşlığı baş tutmadı. “Nürnberq” rəhbərliyi onun təklifini düşünmədən rədd edib. Səbəb klub tərəfindən belə izah olunub:

“Belə əməkdaşlıqlar marketinqin bir hissəsi olsa da, “Nürnberq” klubu prinsip etibarilə erotik sahədən heç kimlə heç bir əməkdaşlıqda maraqlı deyil”.

Banni təklifinin rədd edilməsinə görə çox üzülsə də, fikri hələ də dəyişməyib. O, əməkdaşlıq etmək üçün klub axtarır, qadın futboluna dəstək olmaq istəyir (publika.az).

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı