
"Qrasshopper"in (İsveçrə) qadınlardan ibarət komandasının üzvü Ana Maria Markoviçin Kriştiano Ronaldoya sevgisi hər kəsə bəllidir.
Sportinfo.az xəbər verir ki, dünyanın ən gözəl qadın futbolçularından biri hesab edilən Markoviç portuqaliyalı superulduza rəğbətini açıq şəkildə etiraf edir. O, hətta futbolçuya açıq mesaj yazmaqdan belə çəkinmir:
“Kriştiano, mən sənin qeyri-mümkün olanları etdiyin çılğın matçlara baxaraq böyümüşəm.
Sən çox sayda gənc nəslin nümayəndəsini futbol oynamağa həvəsləndirdin. Sayəndə onlar bu gün futbolçudurlar.
Kiminssə səndən daha çox kubok qazanması və ya daha yüksək səviyyədə olması mənim vecimə də deyil.
Çünki ürəyimdə (uşaq olanda da belə idi, indi də belədir) yalnız biri var. Yalnız bir əfsanə və o həmişə sən olacaqsan.
Sənə əbədi minnətdarlıq. Həmişə 1 nömrəli fanatın."