
Müğənni Nigarın Camalın Londonda yaşayan qızları Yeni ili qeyd etmək üçün Azərbaycana gəliblər.
Onun böyük qızı Jasmin «instaqram»da Şahdağda çəkilən fotolar paylaşıb.
18 yaşlı futbolçu qızın fotoları qısa müddətdə sosial mediada diqqət çəkib.
Jasmin "Tottenhem"in qızlardan ibarət komandasında oynayır.
"Jasmin uşaqlıqdan futbolu sevir, ona görə də biz, onu bu idman növünə yönəltməyə qərar verdik. Biz həm futbolla məşğul olması, həm də təhsil alması üçün ona hər bir şəraiti yaradırıq. O, çox çalışır və gələcəkdə "Çelsi"nin futbolçusu olmaq istəyir", - N.Camal deyib.
Nigar Camal 2011-ci ildə keçirilən "Avroviziya" müsabiqəsindəki qələbəsindən sonra məşhurlaşıb və hazırda yaradıcılığa davam edir.
Həyat yoldaşından boşanan müğənninin iki qızı var. Qızlar ataları ilə Londonda yaşayırlar. Nigar Camal vaxtını onlarla keçirmək üçün tez-tez Londona uçur.
SPORTİNFO.AZ