DÇ-2022-də məşhurlaşan gözəlçə: "Futbolçular mənə mesaj yazıb deyirdilər ki..."

10 Yanvar 02:10 Top Maqazin 1 132
DÇ-2022-də məşhurlaşan gözəlçə: "Futbolçular mənə mesaj yazıb deyirdilər ki..."

DÇ-2022-nin unudulmaz simalardan biri də İvana Knolldur.

Mundialın bitməsindən 20 gündən artıq vaxt ötsə də, o, gündəmdən düşmək bilmir.

Mundialdan sonra da onun hər addımı çox müzakirə edilir. Xorvatiyalı model bu dəfə maraqlı açıqlamaları ilə diqqət mərkəzindədir.

ABŞ-dakı radio proqramlardan birində qonaq olan Knoll Dünya çempionatı zamanı turnirin iştirakçısı olan futbolçuların ona maraq göstərdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, o, bəzi futbolçuların tanışlıq, bəzilərinin isə onu qəzəbləndirmək üçün mesajlar yazdığını bildirib:

“Bəli, bir neçə futbolçu Dünya çempionatı vaxtı mənə yaxınlaşıb. Yazanlar da var idi.

Onlar kim idi? Həmin oyunçilar Xorvatiya millisinin rəqibləri arasında idilər. Bəzi futbolçular isə mənə əvvəlcədən üzrxahlıq mesajı göndərdilər.

Deyirlər, sabah səni üzəcəyik, indidən üzr istəyirəm. Mən nə cavab verdim? Onlar turnirdən kənarlaşdırılana qədər susdum”.

İvana özü də bir vaxtlar futbol oynadığını etiraf edib:

“Mən Almaniyada anadan olmuşam və səkkiz yaşıma qədər orada yaşamışam.

Uşaq vaxtı futbol oynamışam, qapıçı olmuşam. Xorvatiyaya köçdükdən sonra tez-tez "Hayduk"un oyunlarına gedirdim"

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 02:50 Millidə növbəti itki