Məşhur futbolçunun sevgilisi bu FOTOLARla ortalığı qarışdırdı

8 Yanvar 10:40 Top Maqazin 980
Məşhur futbolçunun sevgilisi bu FOTOLARla ortalığı qarışdırdı

Kriştanu Ronaldonun sevgilisi Corcina Rodriqes Səudiyyə Ərəbistanında gündəmi bir-birinə qarışdırıb.

«Əl-Nasr» ilə müqavilə bağlayan məşhur hücumçunun eşq yaşadığı xanım bu ölkədə çəkdirdiyi fotolarla sosial şəbəkələri «partladıb».

2016-cı ildən ulduz futbolçuyla bir yerdə yaşayan portuqaliyalı gözəlçə açıq-saçıq pozalar verib.

Gözlənildiyi kimi, onun paylaşımları yerli publika tərəfindən birmənalı qarşılanmayıb. Əksər izləyicilər Corcinaya ehtiyatlı olmasını, geyiminə fikir verməsini, Ər-Riyad küçələrində çox görünməməsini məsləhət görüb.

Avropadan olan «təqibçilər»i isə əksinə, Ronaldonun sevgilisinə təriflər yağdırıb, sosial şəbəkədə yerləşdirdiyi fotolara minlərlə «bəyənmə» gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 02:50 Millidə növbəti itki