
Xorvatiyalı model İvana Knoll DÇ-2022-də diqqətləri üzərinə çəkməyə davam edir.
Sportinfo.az xəbər verir ki, sosial şəbəkədə onun qətərli azarkeşlər tərəfindən fotosu çəkilərkən qeydə alınan görüntüləri yayılıb.

Məşhur ərəb iş adamı Məhəmməd Həsən Əl-Cəfairi Knollun şəklini çəkən azarkeşlər barədə aşağıdakı sözləri yazıb:
“Azarkeşlər onu bəyəndikləri üçün yox, uyğunsuz geyindiyi, narazılıq əlaməti olaraq fotosunu çəkiblər”.
Daha sonra Əl-Cəfairi fikrini belə bitirib: “Qətərin istənilən sakini bunu sizə təsdiq edə bilər”.