Millimizin futbolçusu Bakının tanınmış məkanında özünə toy etdi - VİDEO+FOTOLAR

14 Noyabr 21:00 Top Maqazin 1 825
Millimizin futbolçusu Bakının tanınmış məkanında özünə toy etdi - VİDEO+FOTOLAR

“Zirə”nin futbolçusu ailə həyatına qədəm qoyub.

Bir neçə ay öncə nişanlanan Sərtan Taşkın subaylığın daşını atıb.

25 yaşlı müdafiəçi noyabrın 13-də doğmaları və qohumları ilə yanaşı, yoldaşlarını da başına yığaraq Bakıdakı məşhur restoranların birində xoş gününü qeyd edib.

Məclisə “Zirə”nin yerli və legioner futbolçuları, eləcə də digər komandaların oyunçuları qatılıb.

Peşəkar karyerasına “İnter”də (indiki “Şamaxı”) başlayan Sərtan sonradan “Sumqayıt”ın şərəfini qoruyub.

O, Azərbaycan millisinin aşağı yaş qruplarından ibarət komandaları ilə yanaşı əsas yığmanın formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar