
Türkiyəli şoumen Mehmet Əli Ərbilin başına iş gəlib.
Sportinfo.az xəbər verir ki, TikTok-da canlı yayıma çıxan şoumenə saxta bir hesabdan zəng gəlib.
Zengi cavablayan Ərbil ekranın digər tərəfində dünya şöhrətli futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesin simasını görüb və bunun gerçək olduğuna inanıb.
İzləyicilər zəngin saxta profil tərəfindən gəldiyi ilə bağlı onu xəbərdar etsələr də Ərbil həyəcandan buna məhəl qoymayıb.
O, Ronalda olduğunu düşündüyü şəxslərlə ingiliscə danışmağa və kim olduğunu tanıtmağa çalışıb.
Hətta o, yanındakı şəxslərdən həmin anları videoya çəkmələrini istəyib.