“İkardi Azərbaycanda da məşhur olan aktrisa ilə sevgilidir” - FOTOLAR

9 Noyabr 2022 13:20 Top Maqazin 1 434
“İkardi Azərbaycanda da məşhur olan aktrisa ilə sevgilidir” - FOTOLAR

“Qalatasaray”ınargentinalı hücumçusu Mauro İkardinin türkiyəli aktrisa Devrim Özkanla sevgili olması barədə iddialar ortaya atılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddiaların media tərəfindən səsləndirilməsinə səbəb Devrim Özkanın Mauro İkardi və Lukas Torreira ilə tədbirlərin birində səmimi ünsiyyəti olub.

Onlar birgə fotolar çəkib. Bəziləri iddia edir ki, Devrim Özkan “Qalatasaray” azərkeşi olduğu üçün futbolçularla səmimi ünsiyyət qurub.

Devrim Özkan isə sevgili iddialarına “dostuq” deyə cavab verib. O İkardi ilə sevgili olması barədə xəbərləri təkzib edib.

Mauro İkardi bir neçə həftə əvvəl həyat yolda Vanda Naradan ayrılıb. Sosial media istifadəçiləri Devrim Özkanın İkardinin keçmiş həyat yoldaşı Vanda Naradan gözəl olduğunu yazıblar.

Devrim Özkan Azərbaycanda da maraqla izlənilən bir sıra seriallarda rol alıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 13:40 Ramil Şeydayev seçildi
28 Yanvar 11:20 Bir az da güclənin!
28 Yanvar 03:20 "Bir də olmasın" - VİDEO