"Hər gün məşqdən çıxıb evə gələndə, özüm-özümə deyirdim ki, görəsən, bizi kim güdür?"

8 Noyabr 2022 11:40 Top Maqazin 685
"Hər gün məşqdən çıxıb evə gələndə, özüm-özümə deyirdim ki, görəsən, bizi kim güdür?"

«Gəncliyimdə idmana böyük marağım var idi».

Bu sözlər azərbaycanlı şairə Nazilə Səfərliyə məxsusdur.

Tanınmış teleaparıcı Ülviranın «yutub» kanalına danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü basketbolla məşğul olduğunu bildirib:

«Hər gün məşqə gedib-gəlirdim. Bu, mənim öz seçimim idi. İdmana gündəlik vaxt ayırmaq xoşuma gəlirdi.

Amma o dövrdə vəziyyət o qədər çətin və gərgin idi ki… Biz Gürcüstanda, Dmanisi rayonunda yaşayırdıq. Çoxuşaqlı ailə olmuşuq.

Maliyyə vəziyyətimiz ağır idi. Atamız iş tapmaq üçün Bakıya getmişdi. Yaşadığımız yerin yaxınlığında isə çoxlu erməni yaşayırdı.

Onlar axşamlar içib havaya atəş açırdılar. Açığı, çox qorxurduq.

Düzdür, atam deyirdi ki, narahat olmayın, sizi tanış alamlara tapşırmışam, göz-qulaq olacaqlar. Hər gün məşqdən çıxıb evə gələndə, özüm-özümə deyirdim ki, görəsən, bizi kim güdür?».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 02:40 Premyer Liqada 100...