Baş məşqçi ilə sevgi yaşayan xanım jurnalist işdən çıxarıldı

1 Noyabr 2022 03:40 Top Maqazin 1 096
Baş məşqçi ilə sevgi yaşayan xanım jurnalist işdən çıxarıldı

Almaniyanın “Bild” qəzeti “Bavariya” üzrə xüsusi müxbiri Lena Vurzenbergeri işdən azad edib.

Sportinfo.az xəbər verir ki, buna onun Münhen klubunun baş məşqçisi Julian Nagelsmannla eşq yaşaması səbəb olub.

İyunun əvvəllərində Nagelsmann 15 illik həyat yoldaşı Verenadan ayrıldığını bildirib. Bundan sonra gənc mütəxəssisin “Bild” qəzetinin müxbiri ilə münasibətdə olduğu üzə çıxıb.

Bu səbəbdən tanınmış nəşr müxbiri işdən azad edib. Qəzet hesab edir ki, müxbirin Julian Nagelsmannla münasibəti onun tərəfsizliyini şübhə altına alır.

Beləliklə, Lena Vurzenberger artıq “Bavariya” ilə bağlı xəbərləri işıqlandıra bilməyəcək.

30 yaşlı Lena Vurzenberger “Bavariya”nı iki ildir yaxından izləyir. O, bu yaxınlarda “Liverpul”dan Münhenə transfer olunan Sadio Mane ilə özəl müsahibə edə bilib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 02:40 Premyer Liqada 100...