Məşhur müğənni keçmiş qapıçı ilə sevgilidir? - FOTO

1 Oktyabr 02:10 Top Maqazin 1 027
Məşhur müğənni keçmiş qapıçı ilə sevgilidir? - FOTO

"Real"ın sabiq qapıçısı İker Kasilyas kolumbiyalı müğənni Şakira ilə sevgili olduqları barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, tərəflər İnstaqram hesablarından bir-birlərini izləməyə aldıqlarından sonra onların sevgili olduğu haqda söz-söhbətlər yaranmağa başlayıb.

Kasilyas isə İnstaqram hesabının “History” bölümündə etdiyi paylaşımlarla bu məlumatları ələ salıb və təkzib edib.

O, həmin xəbər başlıqlarını ayr-ayrı paylaşıb. Bununla da 41 yaşlı keçmiş qolkiper Şakira ilə bir-birlərini izləməyə almalarının sevgili olduqları mənasına gəlmədiyinə və məlumatların şayiə olduğuna işarə edib.

Şakira iyunun 4-də "Barselona"nın futbolçusu Jerar Pike ilə 11 illik münasibətinə son qoyub. Bildirilirdi ki, buna səbəb müdafiəçinin xəyanət etməsi olub.

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 15:30 Mötərizədəki Qarabağ
9 Dekabr 11:40 Abbasovun BAŞI DƏRDDƏ