Xanımı məşhur futbolçuya xəyanət edib: “Şoka düşdüm, çox ağladım”

14 Sentyabr 03:50 Top Maqazin 1 146
Xanımı məşhur futbolçuya xəyanət edib: “Şoka düşdüm, çox ağladım”

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti ayrıldığı 20 illik keçmiş həyat yoldaşı İlari Blasinin onu aldatdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, "Corriere della Sera"ya açıqlamasında deyib:

"Ötən ildən bu şayiələr dolaşırdı, ancaq hər zaman "mümkünsüzdür" deyirdim. Ən güvəndiyim dostlarım belə mənə eyni şeyi söyləməyə başladı.

Sonra telefonunda mesajları tapdım. İlari kod adlarından istifadə edirdi. Şoka düşmüşdüm.

Başqalarına inanmadım, amma mesajlar da orada idi. Otellərdə görüşürdülər. Hər şeyi içimdə saxladım.

Kimsəyə heç nə söyləmədim. Heç nə yoxmuş kimi davrandım. Uşaqlarım üçün...

Çox əziyyət çəkdim, depressiyaya düşdüm, çox ağladım.

Qəzetlərdə xəbərlər çıxmağa başladı. Məni depressiyadan dostum Noemi xilas elədi".

Totti keçmiş həyat yoldaşı İlari ilə xəyanətlə bağlı danışdığını söyləyib: "Əvvəlcə inkar etdi, ancaq sonra bildiyimi anladı. Mənimlə sadəcə qəhvə içmək üçün görüşdüyünü söylədi. O an başa düşdüm ki, başqaları da var imiş...".

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM