“Neftçi”nin futbolçusu “instagram” ulduzu ilə sevgilidir? - FOTOLAR

4 Sentyabr 18:00 Top Maqazin 9 106
“Neftçi”nin futbolçusu “instagram” ulduzu ilə sevgilidir? - FOTOLAR

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev ailə qurmağa hazırlaşır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, 29 yaşlı yarımmüdafiəçi tanınmış “instagram” influenseri Mehin Oktaylı ilə sevgilidir.

Bir neçə müddətdir sevgili olduqları deyilən cütlük sosial şəbəkə hesablarında bununla bağlı mesajlar verir ki, bir neçə gün öncə Rəhman şəxsi səhifəsində Mehinlə əl-ələ tutduğu fotonu izləyiciləri ilə bölüşüb.

Mehinin dostları paylaşımları ilə rəfiqələrinin yaxın vaxtlarda ailə quracağına işarə verib.

Mehinin "instagram"da futbolçulardan yalnız Rəhman Hacıyevi izlədiyini də maraq üçün diqqətə çatdıraq.

Futbolçu kimi “Bakı”da yetişən Rəhman Hacıyev Premyer Liqada 2009-cu ildə, 16 yaşında debüt edib. O, futbolçu karyerasında “Bakı”, “Sumqayıt”, “Şamaxı” və “Neftçi” kimi komandalarda top qovub, “Gaziantep”də (Türkiyə) çıxış edib.

9 oyunda Azərbaycan millisinin şərəfini qoruyub.

“İnstagram”da 700 min nəfərə yaxın izləyicisi olan Mehin Oktyalı isə əsasən bu platformadakı paylaşımları ilə məşhurdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti