Keçmiş ərinin sevgilisi ilə görüntüləri müğənnini özündən çıxardı - FOTO

2 Sentyabr 03:40 Top Maqazin 2 210
Keçmiş ərinin sevgilisi ilə görüntüləri müğənnini özündən çıxardı - FOTO

İspaniya millisinin və “Barselona”nın futbolçusu Jerar Pikenin yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxması Şakiranı özündən çıxardıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mirror” öz mənbələrinə istinadla bildirib.

“O, uşaqlarının atasının yeni sevgilisi ilə ictimaiyyət arasına çıxmasına görə çox qəzəblidir.

Bu, onların ayrıldıqları birinci ildə sevgililəri ilə ictimai yerlərdə görünməmələri barədə razılıqlarına ziddir”, - deyə Şakiranın ailəsinə yaxın insayder nəşrə bildirib.

Qeyd edək ki, Şakiradan ayrıldıqdan üç ay sonra Pike yeni sevgilisi, 23 yaşlı tələbə Klara Çia Marti ilə Kataloniyada keçirilən “Summerfest Cerdanya” festivalında görünüblər. Tədbir zamanı onlar hisslərini gizlətməyiblər.

Pike və Şakira 2022-ci ilin iyununda 11 illik evlilikdən sonra ayrılıblar. Cütlüyün iki övladı var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM