Klub icazə vermədi, Məhəmmədi toyunda qardaşı əvəz etdi - FOTO

9 Avqust 03:50 Top Maqazin 1 374
Klub icazə vermədi, Məhəmmədi toyunda qardaşı əvəz etdi - FOTO

"Malmö"nün futbolçusu Məhəmməd Buya Turay öz toyunda iştirak edə bilməyib.

Sportinfo.az xəbər verir ki, buna səbəb İsveç klubunun 27 yaşlı hücumçuya icazə verməməsi olub.

Onun əvəzinə toyunda onun qardaşı iştirak edib. Sierra leoneli qolçu məsələ ilə bağlı açıqlama verib. Futbolçu toyda onu qardaşının təmsil etdiyini deyib:

"Şəkilləri öncədən çəkdirmişdik. Yəni oradayam kimi görünürəm. Amma əslində toyda yox idim. Qardaşım toyumda məni təmsil etmək məcburiyyətində qaldı".

Məhəmməd Buya Turay "Malmö"yə yay transfer pəncərəsi zamanı "Lonqmen" klubundan transfer olunub. O, İsveç klubunun heyətində bir matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti