
"CBC TV"nin xəbər aparıcısı Turan Məmmədli evlənir.
Sportfino.az xəbər verir ki, o, keçmiş futbolçu Elşən Cəfərovla ailə həyatı quracaq.
Cütlük evlilik yolunda ilk addım ataraq nişanlanıb.
Bu haqda Turan sosial şəbəkə hesabında bildirib. O, şad günündən fotolar paylaşaraq, elçilik mərasimi olduğunu qeyd edib.
Onun nişanlısı "İnter Bakı" (indiki "Şamaxı"), "Xəzər Lənkəran", "Zirə", "Səbail" kimi klublarda oynayıb. Vaxtilə gənclərdən ibarət yığmaya dəvət alıb.