Nigar Camalın futbolçu qızından açıq-saçıq VİDEO+FOTOLAR

30 İyul 23:40 Top Maqazin 1 507
Nigar Camalın futbolçu qızından açıq-saçıq VİDEO+FOTOLAR

Tanınmış müğənni Nigar Camalın futbolçu qızı Jasmin paylaşımı ilə diqqət çəkib.

Londonda yaşayan Jasmin qırmızı rəngli çimərlik geyimində çəkdirdiyi iddialı fotolarını sosial şəbəkə hesabında yayımlayıb.

Nigarın qızının Bakıda bağ evində lentə alınan fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Nigar Camalın Səidə adlı qızı da var.

Jasmin peşəkar futbolla məşğul olur. O, "Tottenhem"in qızlardan ibarət komandasında oynayır.

"Jasmin uşaqlıqdan futbolu sevir, ona görə də biz, onu bu idman növünə yönəltməyə qərar verdik. Biz həm futbolla məşğul olması, həm də təhsil alması üçün ona hər bir şəraiti yaradırıq. O, çox çalışır və gələcəkdə "Çelsi"nin futbolçusu olmaq istəyir", - N.Camal deyib.

Nigar Camal 2011-ci ildə keçirilən "Avroviziya" müsabiqəsindəki qələbəsindən sonra məşhurlaşıb və hazırda yaradıcılığa davam edir. O, filmdə də çəkilib, hazırda isə yeni layihələr üzərində çalışır.

Həyat yoldaşından boşanan müğənninin iki qızı var. Qızlar ataları ilə Londonda yaşayırlar. Nigar Camal vaxtını onlarla keçirmək üçün tez-tez Londona uçur.

Azərbaycana 2011-ci ildə "Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal və futbolçu qızı Jasmin Camal AzTV-də yayımlanan "Telesəhər” proqramında qonaq qismində iştirak ediblər.

Verilişin aparıcısı müğənni Eldar Qasımovla həmsöhbət olan Jasmin onun suallarına ingilis dilində cavab verib.

Jasmin özü haqqında bunları danışıb: "Mən Böyük Britaniyada məktəblərin birində orta təhsilimi alıram. Doqquzuncu sinifdə oxuyuram. İdmanı çox sevirəm və hər gün idman edirəm.

Futbolla hələlik həvəskar kimi məşğul oluram. Məktəbin nəzdində fəaliyyət göstərən futbol komandasında oynayıram. İdmana daha çox vaxt sərf edirəm.

Amma dərslərimi də yaxşı oxumağa çalışıram. İngilis dili, riyaziyyat və coğrafiyaya marağım var. Niyyətim gələcəkdə peşəkar futbolçu olmaqdır”.

Verilişin gedişatında Jasmin futbolda əldə etdiyi nailiyyətlərdən danışaraq, qazandığı mükafatlardan söz açıb: "İki mövsüm əvvəl "mövsümün ən yaxşı oyunçusu” olmuşam.

Bu vaxt ərzində 44 dəfə qapıya qol vurmuşam. Düşünürəm ki, mövsümü uğurla başa vurdum. Komandanın ən yaxşı oyunçusu və üzvüyəm.

Digər mükafatı isə liqada ən çox qol vurduğum üçün əldə etmişəm. Bu, mənim ən uğurlu mükafatımdır.

Futbolda əldə etdiyim medallar həddindən artıq çoxdur. Buraya cəmi səkkiz medal gətirdim. Hər biri mənim üçün çox önəmlidir”.

Daha sonra Jasmin "Telesəhər”də bacısı Səidənin də idmana olan həvəsindən bəhs edib: "Bacım Səidə də idmanı çox sevir. O, futbolla deyil, gimnastika ilə məşğuldur”.

Proqramda qonaq olan Jasmin verilişin aparıcısı Eldar Qasımova topla bəzi futbol elementlərini öyrətməyə çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti