Öz gözəlliyinə vurğun olan dünyanın ən seksual futbolçusu - FOTOLAR

24 İyul 13:20 Top Maqazin 1 237
Öz gözəlliyinə vurğun olan dünyanın ən seksual futbolçusu - FOTOLAR

Xorvatiyanın qadınlardan ibarət milli komandasının futbolçusu Ana Mariya Markoviç oyunlardan əvvəl özünə necə qulluq etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Qrasshopper”in 22 yaşlı hücumçusu gözəlliyini yaşıl meydanlarda da nümayiş etdirmək istəyini gizlətməyib.

Dünyanın ən seksual futbolçusu xüsusi kremlərdən istifadə etdiyini deyib:

“Matç zamanı gözəlliyimə hakim ola bilməyəcəyim aydındır. Lakin start fitindən əvvəl həmişə saçlarımı qaydasına salıram, həmçinin ayaqlarımı kremlə yağlayıram ki, parlasın”.

Ana Mariya Markoviç 2019-cu ildən “Qrasshopper”də çıxış edir. Hücumçu 2021-ci ildən çağırıldığı Xorvatiya yığmasında keçirdiyi 5 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti