Ronaldo daha bəyənmədiyi şəxsi təyyarəsini 20 milyona satır

6 İyul 02:10 Top Maqazin 733
Ronaldo daha bəyənmədiyi şəxsi təyyarəsini 20 milyona satır

Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo şəxsi təyyarəsini - "Gulfstream G200"ü satışa çıxarmaq qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı oyunçu onun üçün 20 milyon funt sterlinq istəyir.

Kriştiano bu təyyarəni 2015-ci ildə 20 milyon funt sterlinq ödəyərək alıb. Təyyarənin maksimal sürəti saatda 560 mildir.

Bu təyyarədə Ronaldo tez-tez ailəsi ilə səfərlərə çıxır, həm də onu saatı 5 min funt sterlinqdən 8,5 min lirəyə kimi qiymətə icarəyə verirdi.

Lüks təyyarə 2011-ci ildə istehsal bitənə qədər cəmi 250 model istehsal edilib.

Təyyarənin içərisində faks, telefon, elektrik soba, mikrodalğalı soba, soyuducu, əyləncə zonası, dəbdəbəli yemək otağı və divan sahəsi də var.

Ronaldo sərnişinlər üçün daha çox oturacaq olan model almaq istədiyi üçün təyyarəni satmaq qərarına gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 16:40 Abunə ol və paylaş!