“Neftçi”də XOŞ GÜN: 21 yaşlı futbolçu nişanlandı - FOTOLAR

4 İyul 2022 16:40 Top Maqazin 2 828
“Neftçi”də XOŞ GÜN: 21 yaşlı futbolçu nişanlandı - FOTOLAR

“Neftçi”nin və U-21 millimizin yarımmüüdafiəçisi İsmayıl Zülfüqarlı subaylığın daşını atmağa hazırlaşır.

21 yaşlı futbolçu komandası Türkiyə toplanışına yollanmamışdan əvvəl sevib-seçdiyi Aydan xanımla nişanlanıb.

İsmayıl həmin ziyafətdən şəkilləri şəxsi “instagram” hesabında yerləşdirib.

Cütlük bu ilin sonuna qədər bəy-gəlin masasında əyləşməyi planlaşdırır.

“Ağ-qaralar”ın “21 nömrə”si başa çatan mövsümdə “ağ-qaralar”ın heyətində meydana çıxdığı 22 oyunda 1 qola imz atıb, 4 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti