Sevgilisi ilə dalaşdı: “Sən məni axmaq hesab edirsən?” - VİDEO

29 İyun 19:20 Top Maqazin 815
Sevgilisi ilə dalaşdı: “Sən məni axmaq hesab edirsən?” - VİDEO

"Mançester Siti"nin futbolçusu Fil Foden tətildə olarkən sevgilisi Rebekka Kuk ilə mübahisə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

İnternetdə Fodenin iki övladının anası olan Rebekkanın ona “Sən məni axmaq hesab edirsən?” dediyini əks etdirən video yayılıb.

Münaqişə Korfu çimərliyində digər istirahət edənlərin gözü qarşısında baş verib. Kukun dənizdə çimərkən futbolçunun telefonundan istifadə etdiyi bildirilir. Daha sonra cütlük dalaşıb.

Onlar mühafizənin müşayiəti ilə çimərliyi tərk etməli olub. Şahidlərin sözlərinə görə, Rebekka Fodenə deyib : "Biz səninlə heç yerə gedə bilmərik, çünki bu mübahisələr həmişə olur."

Digər Xəbərlər
Xəbər Lenti