Həyat yoldaşından ayrılan futbolçu sosial media fenomeni ilə tətilə gedib? - FOTO

26 İyun 2022 02:00 Top Maqazin 1 262
Həyat yoldaşından ayrılan futbolçu sosial media fenomeni ilə tətilə gedib? - FOTO

18 illik həyat yoldaşı Karolina Alurraldedən ötən aylarda ayrılan “Fənərbağça”nın futbolçusu Xose Sosanın sosial media fenomeni Mina Ceranla eşq yaşadığı iddia olunur.

Sportinfo.az xəbər verir ki, sosial medianın ən məşhur fenomenlərindən biri olan Mina Ceran bir müddətdir İbizada tətildədir.

Ceran bu yaxınlarda sosial media hesabından İbizada çəkdirdiyi fotolarını paylaşıb.

“Gossippastanew” “Instagram” səhifəsində yer alan xəbərə görə, Xose Sosa da İbizada tətildə olub.

Cütlüyün birlikdə tətil etdiyi və birlikdə yaşadığı iddia edilib.

Onların müxtəlif vaxtlarda sosial media hesablarından paylaşdıqları kadrlardakı oxşarlıq diqqət çəkib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər