“Tik-tok”da çoxlu pul qazanan keçmiş futbolçu: “Sizi inandırım ki…”

25 İyun 20:20 Top Maqazin 1 191
“Tik-tok”da çoxlu pul qazanan keçmiş futbolçu: “Sizi inandırım ki…”

“Belə deyim, futbol oynadığım dönəmdə sosial şəbəkələrə bu dərəcədə maraq yox idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycanda yaşayan gürcüstanlı keçmiş legioner Nuqzar Kvirtiya deyib.

Kvirtiya vaxtilə ölkəmizdə futbolçu kimi tanınırdı. Vaxtilə AZAL-ın uğurları üçün tər tökmüş yarımmüdafiəçi meydandakı bacarığı ilə azarkeşlərin rəğbətini qazanmağı bacarmışdı.

AZAL-la “Turan”ın heyətində 200-ə yaxın oyunda meydana çıxmış Nuqzar 33 yaşında karyerasını başa vurdu.

O vaxtdan sosial şəbəkələrdə aktivliyi ilə seçilən sabiq futbolçu indi “tik-tok” fenomenlərindən hesab olunur.

Siyahıya “instagram”la “feysbuk”u da əlavə edə bilərik. Futbolçu kimi məşhurlaşmayan Kvirtiya indi insanların çox olduğu məclis-yığıncaqlarda ön planda olur.

Bloggerliyin ona məşhurluq gətirməsi sirr deyil. Bu ideyanı Nuzqara kim verib? Bacarığı özündə necə hiss edib?

Bu sualların cavabinı öz dilindən eşidək:

“Əsasən “odnoklassniki” idi, bir də “vkontakte”. Düzdür, “feysbuk”la “instagram”ın yaşı 10 ili keçib.

Amma razılaşaq ki, məşhurluq son 5-6 ildə daha çox artdı. Və təbii ki, “tik-tok”.

Sizi inandırım, 8-10 il əvvəl sosial şəbəkələrdə bu cür aktivlik olsaydı, yenə indiki kimi blogger olardım.

Çünki hələ Moskva “Spartak”ının sıralarında olduğum vaxtdan özüm üçün video-çəkilişlər edirdim.

Sadəcə, tələbat olan platforma yox idi deyə, ancaq dostlarıma göstərə bilirdim (gülür). İndi hər şey çox dəyişib, inkişaf edib”.

Digər Xəbərlər
Xəbər Lenti