
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesablarında yeni mövsümə hazırlıq prosesindən şəkil yerləşdirib.
Sportinfo.az xəbər verir ki, fiziki formasını nümayiş etdirən portuqaliyalı hücumçu şəkillə birgə bu sözləri yazıb: "Əhval-ruhiyyə yaxşıdır".
Ronaldonun "Mançester Yunayted"dən ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb.