Azərbaycanlı futbolçunun bloger xanımı elə sözlər yazdı ki... FOTOLAR

19 İyun 21:20 Top Maqazin 2 678
Azərbaycanlı futbolçunun bloger xanımı elə sözlər yazdı ki... FOTOLAR

Azərbaycanlı futbolçunun xanımı narazılıq yaradan açıqlama ilə gündəmə gəlib.

Söhbət “Zirə”nin futbolçusu Təmkin Xəlilzadənin həyat yoldaşı Çinarə Xəlilzadənin sosial şəbəkə hesabında yazdıqlarından gedir.

“İnstagram”da bloger kimi tanınan xanım Xəlilzadə izləyicilərin suallarını cavablandırmaq qərarına gəlib.

Sual verənlərdən biri həyat yoldaşı olub.

Təmkin ömür-gün yoldaşına “Mən necə futbolçuyam” sualını ünvanlayıb. Xanımı bu sualı heç də hamının razılaşmayacağı iddia ilə cavablandırıb.

Daha doğrusu, şəxsi fikrini hamının adından yazıb. O, Təmkini Azərbaycanın gəlmiş-keçmiş ən yaxşı yol cinah müdafiəçisi adlandırıb:

“Hamı bilir ki, sən bu ölkənin gəlmiş-keçmiş ən güclü sol cinah müdafiəçisisən. Şanslısan ki, azarkeşlərin sevdiyi, hər zaman meydanda görmək istədiyi, hətta pis oynayanda belə, dəstək olduğu futbolçusan.

Yeganə yerli futbolçusan ki, ölkə daxilində 2 dəfə yüksək məbləğə digər kluba satılmısan. Düşünürəm ki, hələ sənin alternativin yoxdur. Bir az da öz qədrini bilsən, hər şey yaxşı olacaq”.

Vaxtilə millinin sol cinahında Emin Ağayev, Ədahim Niftəliyev, Ramin Quliyev, Elnur Allahverdiyev, Ufuk Budak kimi futbolçular çıxış edib.

Son illərdə isə həmin mövqedə Azər Salahlı, Anton Krivotsyuk, Toral Bayramlı kimi oyunçular şans qazanır.

Çinarə Xəlilzadə ilə Təmkin Xəlilzadə 2018-ci ildə ailə həyatı qurub. Onların birgə nigahdan Adel adlı qız övladı var.

Futbolçunun həyat yoldaşının babaları SSRİ xalq artisti Əliabbas Qədirov və əməkdar incəsənət xadimi, Xalq artisti Oktay Kazımidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?