Ronaldo nə üçün tatu etdirmir və saqqal saxlamır?

19 İyun 02:30 Top Maqazin 3 454
Ronaldo nə üçün tatu etdirmir və saqqal saxlamır?

Meydandakı futbolu ilə yanaşı həyat tərzi ilə də tez-tez gündəmdə olan Kriştiano Ronaldo bədənində döymə olmayan futbolçular arasındadır.

Saqqal uzatmağın da əleyhinə olan portuqaliyalı ulduzun bu seçiminin səbəbləri ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, çox tez-tez qan verən Ronaldonun xəstəliklərə yoluxma riskinə qarşı döymə etdirmədiyi bildirilib.

Digər tərəfdən dünyaca məşhur hücumçunun həm gənc göründüyü, həm də ülgüc markasının siması olduğu üçün saqqal buraxmadığı iddia edilir.

Kriştiano Ronaldo keçmiş komanda yoldaşı Karlos Martinin oğlu üçün mütəmadi olaraq qan verir.

Portuqaliyalı ulduz açıqlamalarının birində “Martinin oğlunun vəziyyətinin ağır olduğunu və bütün komandanın ona kömək etməyə çalışdığını bilirdik” sözlərini işlədib.

Tez-tez qan verən portuqaliyalı ulduz qan donorluğuna mane olmaması üçün döymə etdirmir. Məlum olduğu kimi, tatu etdirən şəxs yoluxma riski səbəbindən ən azı 12 ay qan verə bilməz.

Kriştiano Ronaldonun niyə saqqal saxlamaması ilə bağlı çoxlu şayiələr var.

Bəziləri portuqaliyalı ulduzun gənc görünmək üçün belə bir seçim etdiyini iddia edərkən, bəziləri aktyorun ülgüc brendinin sponsoru olduğu üçün saqqal saxlamadığını bildirir.

DÇ-2018-də “keçi saqqalı” saxlayan Ronaldo bunu Kuarejma ilə mərcdən sonra etdiyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?