
“Sabah”ın ispaniyalı legioneri yaranmış fasilədən istifadə edərək özünə toy edib.
Xuan Kamara iyunun 5-də xeyli vaxtdır münasibətdə olduğu Yoli Yeste ilə nikah masasına oturub.
Ölkəmizdə top qovan ispaniyalı legioner doğmalarını şad günündə Xaen şəhərində yerləşən dəbdəbəli restorananların birində başına yığıb.
Məclis kifayət qədər şən keçib ki, bunu “instagram”dakı paylaşımlardan görmək mümkündür.
“Barselona”nın sabiq yarımmüdafiəçi ötən mövsüm “Sabah” formasında 22 oyunda 5 qol vurub.
SPORTİNFO.AZ