Pikenin məşhur modelə göndərdiyi çılpaq fotoları GÜNDƏM OLDU

5 İyun 19:20 Top Maqazin 1 227
Pikenin məşhur modelə göndərdiyi çılpaq fotoları GÜNDƏM OLDU

Braziliyalı model Syuzi Kortes “Barselona”nın müdafiəçisi Jerar Pikenin ona göndərdiyi mesajlar barədə danışıb.

Sportinfo.az xəbər verir ki, bundan əvvəl Pike ilə müğənni Şakiranın münasibətlərinin bitdiyi deyilirdi.

“Jerar hər gün sosial şəbəkələrdə mənə yazır. Mənə heç vaxt heç bir mesaj göndərməyən yeganə “Barselona” oyunçuları Messi və Koutinyodur.

Şakira buna layiq deyil. Pike mənə fotolar göndərdi, amma onları açmadım. Əminəm ki, çılpaq fotolar idi” - model qeyd edib.

Şakira və Jerar Pikenin münasibətləri ilə bağlı ilk söz-söhbətlər 2010-cu ildən, futbolçunun müğənninin Dünya Çempionatının rəsmi mahnısı olan “Waka Waka” (This Time for Africa) klipində rol almasından sonra yayılmağa başlayıb.

Cütlük münasibətlərini 2011-ci ildə təsdiqləyib. İki il sonra onların ilk övladı dünyaya gəlib, iki ildən sonra ikinci oğlu dünyaya gəlib.

Pike ötən mövsüm “Barselona”nın heyətində La Liqada 27 oyuna çıxıb. Meydanda keçirdiyi vaxt ərzində o, 1 qol vurmağı bacarıb. Futbolçu Çempionlar Liqasının beş oyununda da, Avropa Liqasının beş oyununda da 1 qol vurub.

Daha əvvəl Şakira Pikedən ayrıldıqdan sonra xəstəxanaya yerləşdirildiyi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti