Afrikalı futbolçu Dubayda “Muleyli”ni oynadı, sevgi ilə qarşılandı - VİDEO

18 May 21:00 Top Maqazin 1 348
Afrikalı futbolçu Dubayda “Muleyli”ni oynadı, sevgi ilə qarşılandı - VİDEO

Ötən il “Şamaxı”nın uğurları üçün tər tökmüş Anatoli Abanq indi Birləşmiş Ərəb Əmirliklərində tanınmış sima hesab olunur.

Yanvarda bu ölkənin birinci dəstə təmsilçisi “Əl-Bataya” ilə müqavilə bağlayan və orada keçirdiyi qısa müddətdə vurduğu qollar, verdiyi qol ötürmələri hesabına komandasını yüksək liqaya daşıyan kamerunlu futbolçu yayın dadını Dubayda çıxarır.

Həm də tək yox, azərbaycanlı həyat yoldaşı Adeliya və birgə nigahdan olan qız övladı ilə. Yanlarında azərbaycanlı dostları da var.

Abanq Dubayda istirahət zamanı Azərbaycanın məşhur “Muleyli” mahnısının sədaları altında rəqs edib.

Xarici vətəndaşın bu rəqsi sosial şəbəkələrdə böyük coşqu ilə qarşılanıb.

Anatoli Abanq 2021-ci ilin yanvarından dekabrına qədər “Şamaxı”da oynayıb. O, bu müddətdə bütün yarışlarda 28 qarşılaşmada meydana ayaq basmaqla 5 qol vurub.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?