Məşhur reper azərbaycanlı futbol hakiminin qardaşıdır - FOTOLAR

9 May 20:40 Top Maqazin 1 240
Məşhur reper azərbaycanlı futbol hakiminin qardaşıdır - FOTOLAR

Tanınmış azərbaycanlı musiqiçi azərbaycanlı futbol hakimi ilə qardaş imiş.

Söhbət əsasən rep və reqqi üslubunda oxuduğu mahnılarla məşhurlaşan "Cin" ləqəbi ilə tanınan Ceyhun Zeynalovla uzun illərdir Premyer Liqa matçlarına laynsman kimi təyinat alan Zeynal Zeynalovdan gedir.

Hövsanda anadan olan qardaşlardan Ceyhun Zeynaldan bir neçə yaş böyük olsa da, uşaqlıqdan hər ikisinin futbola marağı olub. Zamanla hərə öz yolunu seçmək məcburiyyətində qalıb ki, böyük qardaş mikrofona, kiçik Zeynalov isə fitə üstünlük verib.

Cinə “Buludlar”, “Bivəfa” və Röya ilə oxuduğu “Zəhləmgetmiş” mahnıları məşhurluq gətirib.

Zeynal isə ölkənin üzdə olan hakimlərindən hesab olunan Əliyar Ağayevin briqadasında yer alır. O, illərdir yaxasında FİFA-nın emblemini daşımaqla beynəlxalq qarşılaşmalara təyinat alır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti