Yolu Bakıdan düşən ukraynalı gözəl nə etdi? - FOTOLAR

2 May 19:20 Top Maqazin 1 266
Yolu Bakıdan düşən ukraynalı gözəl nə etdi? - FOTOLAR

Ukraynalı məşhur qadın cüdoçu, ikiqat dünya və ikiqat Avropa çempionu Dariya Bilodid maraqlı qərarla diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, titullarını 48 kq-da qazanan 21 yaşlı idmançı birdən-birə iki çəki dərəcəsi yuxarıda mübarizə aparmaq qərarı verib.

Belə ki, Bilodidin adı aprelin 29-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatının qeydiyyat siyahısında 57 kq-da yarışacaq idmançılar arasında yer alıb.

Dariya Bilodid ilk dünya çempionluğunu 2018-ci ildə Bakıda qazanıb. Həmin vaxt 17 yaş 345 günlüyündə olan idmançı bununla tarixə cüdo üzrə ən gənc dünya çempionu kimi düşüb.

O, həmçinin Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti