
PSJ-nin ulduzu Neymar Fransa çempionu olmaları münasibəti ilə öz evində komanda yoldaşları üçün ziyafət təşkil edib.
Sportinfo.az xəbər verir ki, ziyafətə Paris təmsilçisinin 7 futbolçusu dəvət olunub.
Bunlar İdrissa Quye, Markinyos, Presnel Kimpembe, Danilu Pereyra, Natan Bitumazalya, Erik Junior Dina-Ebimbe və Aleksandr Letelyedir.
PSJ Liqa 1-də çempionluğu vaxtından əvvəl təmin edib.